At gəzintisi

At gəzintisi və atlarla səyahət – Şəhərin səs - küyündən uzaq dağlı Qax rayonun təbiətindən zövq alıb, fikizi və psixologi dincəlmək üçün gözəl fürsətdir!

Siz bütün yorğunluğunuzu atıb, təbiət qoynunda təmiz havada dincəlib, özünüzdə yeni adrenalin ve güc yarada bilərsiniz. Bu səyahət sizə ən xoş təəsüratlar bağışlayacaq!

Qarabağ atları – bu cins atlar bütün dünyada çox gözəl, sözəbaxan və dağ-minik at cinsi kimi tanınır.

Bu cins 17-ci əsrdən Qarabağ xanlığının ərazisində yetişdiriımiş və təkminləşdirilmişdir. 17-18 əsrlərdə bu cins atlar xanlara və bəylərə layiqli minik atı hesab edilirdi. Qarabağ atı daha dözümlüdür.

Bizim təlimçilərin rəhbərliyi altında siz bu ağıllı heyvanlarla çox tez ünsiyyət qurmağı bacarıb, özünüzü çox rahat hiss edəcəksiniz. Azyaşlı qonaqlarımızı isə çox gözəl ponilər gəzdirib əyləndirəcəklər.Yüksək keyfiyyətli avadanlıqlar, xüsusi təlim,sakit və sözəbaxan atlar və təcrübəli təlimçilər – sizin rahatlığınızın təminatıdır. Bu şəraitdə sizin atla gəzintiniz tam təhlükəsiz olacaq.

Siz qazanacaqsınız:

  • Bütün problem və qayğılardan azadlıq!
  • Ağıllı, güclü, gözəl və şərəfli heyvanlarla ünsiyyətdən gözəl təəsüratlar!
  • Sıxıntılı idman zallarında deyil, təmiz havada sağlam istirahət!
  • Qeyri-Adi şəraitdə ailəniz və dostlarınızla əyləncəli zaman keçirmə imkanı!

Siz sərf etdiyiniz zamana peşman olmayacaq və bura yenidən qayıtmağı yenədə istəyəcəksiniz!

Biz sizə yaxşı aktiv istirahət və macəra təklif etməyə hazırıq

Maks Offroad Tour